Lukaşenko: “Ölkəni artıq yeni nəsil idarə edir”

Dünya

10.03.2025 19:23

2542

Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə hakimiyyətin idarəçiliyində yeni, gənc nəslin söz sahibi olduğunu bəyan edib. 

TodayPress xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.

“Hökumətin tərkibinə baxın. Baş nazir də daxil olmaqla, xüsusilə nazirlərin kim olduğuna diqqət yetirin. Görəcəksiniz ki, vədimi yerinə yetirmişəm. Tamamilə yeni insanlar gəlib” deyə Lukaşenko bildirib.

O əlavə edib ki, yeni nəslin hökumətə gətirilməsi birdən-birə deyil, tədricən həyata keçirilib. Bəzi şəxslər hələ seçkilərdən əvvəl vəzifəyə gətirilib, digərləri isə sonradan əvəzlənib. 

Qiymət Mahir

tag: Belarus,Lukaşenko,Baş Nazir,Gənc,Nəsil,Todaypress.az,