Lukaşenko Putinlə atəşkəs məsələsini müzakirə edəcək
Belarus
prezidenti Aleksandr Lukaşenko cümə günü Rusiya prezidenti Vladimir Putinlə
Ukraynada təklif olunan atəşkəsə münasibətini müzakirə edəcəyini bildirib.
TodayPress
xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
"Putin
dünən ABŞ nümayəndəsini dinləyib. Onunla razı olub-olmadığını indi mənə
deyəcək. Həmişə olduğu kimi, axşam yeməyi yeyib axşama qədər bu məsələni
müzakirə edəcəyik" o bildirib.
Belarus
prezidenti əlavə edib ki, Ukraynada atəşkəslə bağlı hələ də çoxsaylı suallar
var.
"Vladimir
Putinin hazırda haqlı olaraq dediyi budur: tamam, atəşkəs var, biz daha atəş
açmırıq, biz öldürmürük, amma Ukrayna bu müddət ərzində nə edəcək?
Ukraynalıların da eyni sualı olacaq: ruslar bu müddət ərzində nə edəcək?
Rusiyada onu nəzarətdə saxlamaq xeyli çətin olacaq" Lukaşenko bildirib.
Belarus
prezidentinin sözlərinə görə, 30 günlük atəşkəs dövründə Ukraynaya hələ də
silah-sursat veriləcəkmi sualı hələ də cavabsızdır.
Aynur TAC
tag: Belarus, Lukaşenka, Putin, Ukrayna, Rusiya, Atəşkəs, Müzakirə,todaypress.az,