Lukaşenko Rusiyaya rəsmi səfərə getdi

Dünya

13.03.2025 10:44

1837

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya rəsmi səfərə gedib. 

TodayPress xəbər verir ki, bu barədə "BELTA" agentliyi məlumat yayıb.   

Dövlət başçısının rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi bildirilir. 

Onlar təkbətək formatda, daha sonra isə nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə ölkələr arasında əməkdaşlığın inkişafı və qarşılıqlı fəaliyyətin perspektiv sahələrini müzakirə edəcəklər. 

Danışıqların yekununda sənədlərin imzalanacağı gözlənilir. 

Türkan İsgəndərli

tag: Lukaşenko,Belarus,Rusiya,Putin,Səfər,Todaypress.az,