Lukaşenko Trampın qərarını iqtisadi cəhətdən "məntiqsiz" adlandırdı

Dünya

08.04.2025 23:20

16

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ lideri Donald Trampın idxala rüsum tətbiq etmək qərarını iqtisadi baxımdan məntiqsiz hesab edib.

TodayPress xəbər verir ki, bu barədə Lukaşenko dövlətlərarası “Mir” teleradio şirkətinə müsahibəsində bildirib.

"O, artıq dünən Çinlə danışıqlar aparmağa, daha sonra başqa bir ölkə ilə rüsumlarla bağlı sövdələşməyə hazır olduğunu söylədi.  Görünür, Donald Tramp bunu düzgün hesab edir. Yəqin ki, zərurət yaranarsa, ilk növbədə hesablamaq, sonra müəyyən halda geri addım atmaq lazımdır. İqtisadi nöqteyi-nəzərdən Trampın qərarı məntiqsiz görünür - Lukaşenko vurğulayıb.

Aprelin 2-də Tramp 185 ölkəyə gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. Rusiya və Belarus bu siyahıda yoxdur.

Aynur TAC

tag: Lukaşenko, Rusiya, Belarus, ABŞ, Tramp, todaypress.az,