Lukovski: “Polşa müharibəyə bir həftə dayana bilər”

Dünya

26.03.2025 17:22

868

“Müharibə vəziyyətində Polşanın bir və ya iki həftəlik sursatı olacaq”. 

TodayPress xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik Bürosunun rəhbəri Dariuş Lukovski “Polsat News” telekanalının efirində deyib. 

"Düşünürəm ki, döyüşün necə getməsindən asılı olaraq, müdafiə bugünkü təchizat səviyyəsi ilə bir və ya iki həftə dayana bilərdi" deyə o bildirib. 

General əlavə edib ki, Varşava yalnız iki-üç ildən sonra uzunmüddətli hərbi əməliyyatlar üçün lazımi mərmi ehtiyatı toplaya biləcək.

Onun sözlərinə görə, Polşanın ehtiyatları Ukraynaya silah tədarükü səbəbindən tükənir. 

Aysel Mətləb

tag: Polşa,General,Dariuş Lukovski,Müharibə,Todaypress.az,