Lyayen Kiyevə səfər etdi

Dünya

24.02.2025 10:14

1421

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Kiyevdə səfərdədir. 

TodayPress xəbər verir ki, o, bu barədə rəsmi sosial media hesablarında məlumat verib.

“Biz bu gün Kiyevdəyik, çünki Ukrayna – Avropadır. Bu həyatda qalma mübarizəsində təkcə Ukraynanın deyil, bütövlükdə Avropanın taleyi həll olunur” deyə o bildirib.

Avropa Komissiyasının rəhbəri ilə birlikdə Avropa Şurasının prezidenti Antonio Koşta da Ukraynanın paytaxtına gəlib. Avropa rəsmilərini Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak qarşılayıb.

Qeyd edək ki, Ursula Fon der Lyayen bundan əvvəl Avropa İttifaqının Ukraynanı şərtsiz dəstəkləməyə davam edəcəyini və bu məsələdə ABŞ-nin mövqeyindən asılı olmayacağını bəyan etmişdi.

Qiymət Mahir

tag: Ursula fon der Lyayen ,Səfər,Kiyev,Ukrayna,AK,todaypress.az,