“M23” üsyançıları Konqonun şərqində irəliləyir
“23 Mart Hərəkatı” (M23) hərbi qruplaşması
Konqo Demokratik Respublikasında elə özlərinin elan etdiyi atəşkəsə baxmayaraq,
irəliləyir.
TodayPress xəbər verir ki, bu barədə AP yerli
sakinlərə istinadən məlumat yayıb.
Onların məlumatına görə, “M23” bölmələri Cənubi Kivu
əyalətinin paytaxtı Bukavudan 96 km şimalda yerləşən Nyabibve şəhərinə daxil
olub.
AP xatırladıb ki, “M23” Bukavu və digər əraziləri ələ
keçirmək istəmədiyini bəyan edib, lakin Konqo hökumətinin qeyri-konstruktiv
mövqe tutacağı təqdirdə paytaxt Kinşasaya qədər irəliləyəcəklərinə söz verib.
Qeyd edək ki, fevralın 4-də Ruanda ordusunun dəstəyi ilə
Şimali Kivu əyalətinin inzibati mərkəzi Qomanı ələ keçirən “M23”ün humanitar
böhranla əlaqədar atəşkəs tətbiq etdiyi məlum olub. Bəzi məlumatlara görə,
Qomada 2 000 nəfər ölüb. BMT də həmçinin bölgədə şiddətli döyüşlərin getdiyini
bildirib.
BMT-nin məlumatlarına görə, “M23”ə Ruandanın 4 min
hərbçisi dəstək verir. Həmçinin Konqo Demokratik Respublikasının şərqində
Ruanda ilə gərgin münasibətləri olan Burundinin bir neçə min əsgəri Konqonun
hökumət qüvvələrinə kömək edir.
tag: M23, Hərakat, Konqo, Atəşkəs, Kivu, todaypress.az,