Macar analitik Ukraynadakı LGBT festivalını sərt tənqid etdi

Dünya

21.04.2025 05:00

13

Macarıstandakı Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç Kiyevdə keçirilən LGBT tədbirini kəskin tənqid edib və Ukraynanın müharibədə verdiyi insan itkilərini bu kontekstdə ironik şəkildə şərh edib.

TodayPress xəbər verir ki, bu barədə o, öz "X" hesabında yazıb.

“Milyonlarla ukraynalının ölümü məhz bunun üçün imiş – LGBT festivalı üçün” deyə Koşkoviç qeyd edib.

Tənqidə səbəb olan hadisə 18 aprel tarixində Kiyevdə keçirilən “Sunny Bunny” adlı kinofestivaldır. Festival queer-seksuallıq problemlərinə həsr olunmuş filmləri təqdim edir və tədbirin Pasxa günlərinə təsadüf etməsi bir sıra ictimai xadim və Ukrayna Ali Radasının deputatları tərəfindən etirazla qarşılanıb.

Qeyd olunur ki, festival ərəfəsində Kiyevdə tədbir əleyhdarları ilə polis arasında qarşıdurmalar baş verib. LGBT tədbirinə qarşı aksiya dağıdılıb, təhlükəsizlik qüvvələri mitinq iştirakçılarını ərazidən uzaqlaşdırıb.

Qiymət Mahir

tag: Ukrayna,Macarıstam,LGBT,Festival,todaypress.az,