Macarıstan Aİ sammitində Ukrayna müharibəsinə qarşı çıxış edəcək
Macarıstan Avropa İttifaqının (Aİ) martın 6-da Brüsseldə keçiriləcək sammitində bildirəcək ki, Aİ ölkələrinin əksər liderlərinin Ukraynadakı münaqişəni davam etdirməyə münasibətini təhlükəli səhv hesab edir.
TodayPress xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Budapeştdə Şimali Makedoniyadan olan həmkarı Kristian Mikkoski ilə görüşdən sonra mətbuat konfransında bildirib.
"Biz Amerika-Rusiya danışıqlarının başlanmasını alqışlayırıq və bu məsələdə maraqlıyıq" hökumət başçısı qeyd edib. Onun sözlərinə görə, Macarıstan həm də müharibənin Ukrayna tərəfindən davam etdirilməsi qərarına gələn avropalı müttəfiqləri ilə müzakirələr aparır.
"Biz bunun təhlükəli və yanlış olduğunu düşünürük. Bunu Brüsseldə müzakirə edəcəyik" deyə Orban vurğulayıb.
O, Macarıstan və Şimali Makedoniyanın BMT-də Ukrayna ilə bağlı neytral qətnamənin hazırlanmasında vahid mövqe tutduğunu da xatırladıb. Onlar BMT Baş Assambleyasında səsvermə zamanı ABŞ-nin təklif etdiyi bu sənəd layihəsini dəstəkləyiblər.
Töhfə Səməd
tag: Macarıstan, Orban, Ukrayna, Tramp, Amerika, todaypress.az,