Macarıstan LGBT paradlarını qadağan etdi

Dünya

17.03.2025 17:50

2427

Macarıstanda ictimai LGBT paradlarını qadağan edən qanun layihəsi parlamentə təqdim edilib.   

TodayPress xəbər verir ki, hakim Fides-Macar Vətəndaş Birliyi fraksiyasının hazırladığı sənədə əsasən, bu qaydanı pozanlar 500 avroya qədər cərimələnəcək. 

Martın 17-də parlamentin hüquq komitəsində baxılan qanun layihəsində qeyd edilir ki, bu paradların qadağan edilməsi uşaqların mənafeyini qorumaq məqsədi daşıyır.

Qanunverici orqanın saytında dərc olunan sənəddə bildirilib ki, toplaşmaq hüququnu tənzimləyən qanuna dəyişiklik edilir. Bu, polisə qanunu pozanları müəyyən etmək üçün vizual nəzarətdən istifadə etməyə imkan verir. 

Macarıstan hakimiyyət orqanları cinsi azlıqların hüquqlarını məhdudlaşdırmadıqlarını, lakin onlara genderin dəyişdirilməsi ilə bağlı uşaqlar arasında, o cümlədən məktəblərdə gender təbliğatı aparmağa icazə vermədiklərini deyirlər.

Eyni zamanda hökumət xəbərdarlıq edib ki, bu il LGBT icmasını ənənəvi paradını əvvəlki kimi Budapeştin mərkəzində deyil, hansısa “qapalı məkanda” keçirməyə məcbur etmək niyyətindədir.

Bu məsələlər Brüsseldə Macarıstan hökuməti ilə Aİ rəhbərliyi arasında ciddi fikir ayrılıqlarına səbəb olur.  Yaxın vaxtlarda ölkə konstitusiyasına yalnız iki cinsin - kişi və qadının tanınması ilə bağlı Macarıstan parlamentinə düzəliş də təqdim olunacaq.

Bundan əlavə, hökumət əsas qanunda "uşaqların fiziki, intellektual və əxlaqi inkişaf hüququ yaşamaq hüququ istisna olmaqla, bütün digər hüquqlardan üstündür” ifadəsini qeyd etmək istəyir.  Nazirlər Kabineti ümid edir ki, yeni təşəbbüslər 2025-ci ildə bütün xristian konfessiyaları tərəfindən aprelin 20-də qeyd olunacaq Pasxa bayramından əvvəl təsdiqlənəcək.

Fides və onun kiçik tərəfdaşları olan Xristian Demokratlar parlamentdə üçdə iki səs çoxluğuna malikdirlər, ona görə də yeni qanun layihələrinin və konstitusiyaya düzəlişlərin asanlıqla qəbul ediləcəyi gözlənilir.   

Töhfə Səməd

tag: MAcarıstan,LGBT,Parad,Qadağa,Todaypress.az,