Macarıstan: Neft infrastrukturuna hücum suverenliyə qarşı yönəlib
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Rusiya enerji daşıyıcılarının ölkəyə çatdırıldığı infrastruktura hücumları Macarıstanın suverenliyinə qarşı hücum kimi qiymətləndirib.
TodayPress xəbər verir ki, bu barədə o, “RIA”ya müsahibəsində danışıb.
“Biz enerji infrastrukturumuza edilən istənilən hücumu ölkəmizin suverenliyinə edilən hücum hesab edirik” deyə Siyarto bildirib.
Nazir xüsusilə son aylarda Ukraynanın “Drujba” neft kəməri və onunla əlaqəli infrastruktur obyektlərinə hücumlarını qeyd edib. Onun sözlərinə görə, bu hücumlar nəticəsində Macarıstana neft tədarükündə fasilələr yaranıb.
Martın 12-də Siyarto Rusiya baş nazirinin müavini Aleksandr Novakla danışıq zamanı bildirib ki, “Drujba” neft kəmərinin ölçmə stansiyasına Ukrayna PUA-sının hücumu səbəbilə Rusiyadan Macarıstana neft tədarükü dayandırılıb. Nazir bu hücumu Ukrayna Silahlı Qüvvələrinin “qəbuledilməz hərəkəti” adlandırıb.
Diplomat əlavə edib ki, bu kəmər Macarıstan və Slovakiyanın enerji təchizatı üçün həyati əhəmiyyət daşıyır:
“Əgər onun fəaliyyəti mümkün olmasa, hər iki ölkəyə neft tədarükü demək olar ki, tamamilə dayanacaq”.
Qiymət Mahir
tag: Macarıstan,Peter Siyarto,Hücum,Rusiya,Neft,todaypress.az,