Macarıstan rusiyalı şəxsləri Aİ sanksiyalarından qurtarmaq üçün təklif irəli sürdü
Macarıstan Avropa İttifaqının (Aİ) Rusiya və Belarusa qarşı sanksiya siyahısından doqquz şəxsin çıxarılmasını təklif edib və bu məsələdə digər Aİ ölkələri ilə razılığa gəlməyə ümid edir".
TodayPress xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə Monteneqronun baş nazirinin xarici və Avropa məsələləri üzrə müavini Filip İvanoviçlə görüşündən sonra mətbuat konfransında bildirib.
O xatırladıb ki, Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı fərdi sanksiyaların müddəti martın 15-də başa çatır və Aİ hazırda onları daha 6 ay uzatmağı düşünür.
“Rusiya və Belarusa qarşı sanksiyalarla əlaqədar biz 9 nəfərin sanksiya siyahısından çıxarılması təklifi ilə çıxış etmişik, çünki onlar orada olmamalıdır” deyə XİN rəhbəri bildirib.
O qeyd edib ki, hazırda Aİ Şurasına sədrlik edən Polşa kompromis üzərində işləyir.
Töhfə Səməd
tag: Macarıstan,Rusiya,Sanksiya,Avropa İttifaqı,Todaypress.az,