Macarıstan Ukrayna ilə bağlı sorğu keçirəcək

Dünya

07.03.2025 10:44

2648

"Ukraynanın Avropa Birliyinə ( Aİ) daxil olması məsələsində macarlar öz sözünü deyəcəklər".

TodayPress xəbər verir ki, bu barədə bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

O bildirib ki, hökuməti macarlar arasında Kiyevin Avropa İttifaqına qoşulmasına dəstək barədə sorğu keçirəcək. "İnsanların fikirlərini toplamaq üçün müntəzəm olaraq istifadə etdiyimiz milli məsləhətləşmə sxemimiz var, indi eyni sxemdən istifadə edəcəyik".

Xatırladaq ki, Aİ-nin müdafiə sammiti Macarıstanın etirazına görə Ukraynaya dəstək haqqında bəyanatın qəbulunu təxirə salıb.

Türkan İsgəndərli

tag: Ukrayna,Macarıstan,ORban,ABŞ,Todaypress.az,