Macarıstan Ukraynaya hərbi yardım haqqında sənəd layihəsini bloklayır
Avropa İttifaqı (Aİ) səfirlərinin fevralın 28-də keçirilən iclasında Macarıstan Ukraynaya təhlükəsizlik zəmanətləri və yeni hərbi yardım haqqında sənəd layihəsini bloklayıb.
TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Belə ki, Macarıstan Ukrayna ilə bağlı icmanın Kiyevə verə biləcəyi təhlükəsizlik təminatlarını, eləcə də yeni hərbi yardım paketini özündə əks etdirən sənəd layihəsini rədd edib.
Macarıstanın baş naziri Viktor Orban da Ukraynanın Aİ-yə daxil olmasına qarşı çıxıb.
Onun sözlərinə görə, Kiyevin bloka üzvlüyü hazırda ağlasığmazdır və Budapeştin maraqlarına ziddir.
Töhfə Səməd
tag: Macarıstan,Viktor Orban,Volodimir Zelenski,Ukrayna,Todaypress.az,