Macarıstan Ukraynaya yardım paketinə qarşıdır
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Ukraynaya ən azı 20 milyard avro dəyərində hərbi yardım paketi hazırlayırlar. Lakin Macarıstan bu plana qarşı çıxacaq.
TodayPress xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Brüsselə, Aİ XİN rəhbərlərinin iclasına gələrkən bildirib.
“Brüsseldə hərbi əməliyyatlara dəstək mövqeyi üstünlük təşkil etməkdə davam edir. Bu gün keçirilən Xarici İşlər Nazirləri Şurasında Ukraynaya ən azı 20 milyard avro məbləğində maliyyə yardım paketi hazırlanır. Biz bunun bir hissəsi olmayacağıq və macar vergi ödəyicilərinin pullarının Ukraynaya silah tədarükünün maliyyələşdirilməsinə yönləndirilməsinə icazə verməyəcəyik” deyə o, bildirib.
Nazir vurğulayıb ki, Macarıstan Ukrayna münaqişəsinin həlli üçün Rusiya ilə ABŞ arasında sülh danışıqlarını dəstəkləyir.
O, əlavə edib ki, son üç ildə sülhə ümid heç vaxt indiki qədər yaxın olmayıb və Brüsselin sülh danışıqlarını mümkünsüz etmək niyyəti qəbuledilməzdir.
Qiymət Mahir
tag: Macarıstan,Ukrayna,YArdım,PAket,Etiraz,Todaypress.az,