Macarıstan və İsveçrə Ukraynanı dəstəklədi

Dünya

05.05.2025 17:58

12

"Macarıstan və İsveçrə Ukrayna münaqişəsinin yalnız diplomatik yolla həll edilə biləcəyini düşünür və bu səbəbdən ABŞ və Rusiyanın iştirak etdiyi sülh danışıqlarını dəstəkləyirlər". 

TodayPress xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto İsveçrəli həmkarı İqnasio Kassis ilə Berndəki görüşdən sonra bildirib.

Siyarto qeyd edib ki, münaqişənin döyüş meydanında həlli mümkün deyil və yalnız bütün tərəflərin qatıldığı danışıqlar müharibəyə son qoya bilər. Hər iki ölkə həmçinin beynəlxalq təşkilatların siyasiləşdirilməsinə qarşı çıxaraq, sülh səylərinin bu səbəbdən zərər görə biləcəyini vurğulayıb.

Türkan isgəndərli

tag: Macarıstan,İsveçrə,Ukrayna,Sülh,todaypress.az,