Macarıstan XİN başçısı ICC deqradasiyasından danışdı

Dünya

07.02.2025 15:30

893

"ABŞ prezidenti Donald Trampın Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyalar tətbiq etməsi tamamilə başa düşüləndir".

TodayPress xəbər verir ki, bunu Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto "Facebook" səhifəsində yazıb.

“Son dövrlərdə ICC qərəzli siyasi alətə çevrilib. Bu isə bütün beynəlxalq məhkəmə sistemini nüfuzdan salıb” deyə o, yazıb.

Siyarto qeyd edib ki, məhkəmənin qərarları qeyri-sabitliyi daha da gücləndirib. Nazir yekunda qeyd edib ki, Macarıstan da hazırda ICC ilə əməkdaşlıq məsələsini dəyərləndirir.

Töhfə Səməd

tag: ABŞ ,Donald Tramp,ICC,Peter Siyarto,Macarıstan,todaypress.az,