Macarıstanın səsvermə hüququndan məhrum edilməsi təklif edildi
Ümumavropa Volt partiyasının üzvləri Macarıstanın birgə qərarları mütəmadi olaraq əngəllədiyini nəzərə alaraq, Aİ-də səsvermə hüququnun əlindən alınmasını tələb edirlər.
TodayPress “Politico”ya istinadən xəbər verir ki, ideya Avropa Birliyinin martın 6-da keçiriləcək sammitindən əvvəl Avropalı deputatların Avropa liderlərinə göndərəcəyi planda yer alıb.
Nəşrin məlumatına görə, plana doqquz bənd daxildir. Macarıstanın səsvermə hüququndan məhrum edilməsi təklifi ilə yanaşı, sənəddə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın Aİ-nin tamhüquqlu xarici işlər naziri təyin edilməsi təşəbbüsü də var.
Bundan əlavə, Volt ümumavropa ordusunun yaradılmasını, həmçinin Aİ-nin səlahiyyətlərini yeni üzvlərin daxil edilməsi və Aİ müqavilələrinə yenidən baxılması imkanını təmin etməklə müdafiə sahəsində genişləndirməyi təklif edir.
Qiymət Mahir
tag: Macarıstan, Orban, Ukrayna, Tramp, Amerika, todaypress.az,