Maduro Venesuela konstitusiyasını dəyişdirmək istəyir

Dünya

16.02.2025 18:00

2511

Venesuela Prezidenti Nikolas Maduro Moros ölkənin konstitusiyasını islah etməyi təklif edib. Onun sözlərinə görə, bu addım ərazi bölgüsünü dəyişmək və iqtisadiyyatı şaxələndirmək məqsədi daşıyır. 

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Bu, icma, sosial və xalq hakimiyyətini birləşdirən yeni demokratik dövlət sistemini qurmaq cəhdidir” deyə Maduro Milli Assambleyada çıxışı zamanı bildirib. O, həmçinin Venesuelanın daha da irəliləyərək yeni, şaxələndirilmiş iqtisadiyyat qurmalı olduğunu vurğulayıb.

Qiymət Mahir

tag: Venesuela ,Nikolas Maduro Moros,Konstitusiya,Dünya,todaypress.az,