Magellan boğazının sahili təxliyə olundu
Çili hökuməti güclü sualtı zəlzələdən sonra ölkənin cənubundakı Magellan boğazının bütün sahil zonasının təxliyə edilməsi barədə göstəriş verib.
TodayPress “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Qabriel Boriç sosial şəbəkə hesablarında yazıb.
Onun sözlərinə görə, mümkün sunami ilə bağlı xəbərdarlıq zəlzələnin episentrindən 185 mil radiusda yerləşən sahilyanı ərazilərə aiddir.
ABŞ Milli Meteoroloji Xidmətinin Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi də bir sıra təhlükəli dalğaların ola biləcəyi barədə xəbərdarlıq edib.
“Maqalyanes regionunda sahil zolağının tam boşaldılmasına çağırırıq” Boriç fövqəladə hallar xidmətinin rəsmi xəbərdarlığını açıqladıqdan sonra söyləyib.
O həmçinin vurğulayıb ki, evakuasiya Çilinin Antarktika bölgəsinin yaxın ərazilərini əhatə edir.
Ölkənin seysmoloji xidmətinin məlumatına görə, 7,5 maqnitudalı zəlzələ Puerto Uilyams şəhərindən 218 km aralıda baş verib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
tag: Çilli, Magellan, Təxliyə, Sahil, tdaypress.az,