Mahaçqalada polisləri öldürən şəxslər zərərsizləşdirildi – YENİLƏNDİ
Dağıstan DİN əməkdaşları Mahaçqalada DYP naryadına hücum edən iki nəfəri öldürüblər.
TodayPress xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.
Bundan əlavə, yerli Səhiyyə Nazirliyinin mətbuat xidməti atışma zamanı 17 yaşlı bir qızın xəsarət aldığını bildirib.
***
16:39
Mahaçqalada yol polisi bölməsinə hücum nəticəsində üç polis əməkdaşı həlak olub.
TodayPress xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün Mahaçqala şəhərində naməlum şəxslər Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin yol polisi bölməsinə basqın ediblər. Hücum nəticəsində ilkin məlumata görə, 3 polis əməkdaşı həlak olub" idarənin məlumatında deyilir.
tag: Rusiya,Mahaçqala,Hücum,Terror,Todaypress.az,