Makron: “ABŞ-nin sanksiyaları Avropaya da, özünə də ziyan vuracaq”
Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin Avropa İttifaqına (Aİ) qarşı sanksiyalar tətbiq etməsinin həm Avropaya, həm də Amerikanın özünə mənfi təsir göstərəcəyini bildirib.
TodayPress xəbər verir ki, Makron bunu “CNN”ə müsahibəsində deyib.
“ABŞ üçün əsas problem Avropa yox, Çindir və Vaşinqton məhz bu istiqamətə diqqət yetirməlidir” Makron bildirib.
O, əlavə edib ki, Avropa ABŞ-nin müttəfiqidir və əgər Vaşinqton Avropanın müdafiə və təhlükəsizlik sahələrinə daha çox sərmayə yatırmasını istəyirsə, Avropa iqtisadiyyatına ziyan vurmamalıdır.
O, əlavə tariflərin həm Avropada, həm də ABŞ-də qiymət artımına və inflyasiyaya səbəb olacağını bildirib.
Emmanuel Makron xatırladıb ki, Aİ ABŞ-dən aktiv şəkildə rəqəmsal xidmətlər alır və bu tərəflər arasındakı ticarət balansı qiymətləndirilərkən nəzərə alınmalıdır.
Qiymət Mahir
tag: Makron,ABŞ,Avropa İttifaqı,Vaşinqton,Todaypress.az,