Makron: “Avropa ABŞ-yə qarşı bütün mümkün rıçaqları işə salmalıdır”
Avropa İttifaqı ABŞ tərəfindən tətbiq edilən gömrük rüsumlarının qismən dayandırılmasına baxmayaraq, cavab tədbirləri üzərində işləməyə davam edəcək.
TodayPress xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində paylaşım edib.
“Avropa Komissiyası ilə birlikdə gücümüzü nümayiş etdirməliyik. Avropa özünü qorumaq və üçüncü ölkələrdən mal axını ilə bazarımızın sabitliyinin pozulmasının qarşısını almaq üçün bütün mümkün əks tədbirləri və mövcud rıçaqları işə salmalıdır” deyə Makron bildirib.
O, vurğulayıb ki, Avropa öz maraqlarını qorumaqda israrlıdır və ABŞ ilə ədalətli razılaşma çərçivəsində bu tariflərin tamamilə ləğvinə nail olmağa çalışacaq.
Qiymət Mahir
tag: Fransa,Makron,ABŞ,Avropa,Todaypress.az,