Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan
və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb.
TodayPress xəbər verir ki, bu barədə ölkə başçısı
“Ermənistan və Azərbaycan arasında danışıqların
yekunlaşdırılması barədə elanı alqışlayıram. Artıq Ermənistan və Azərbaycan
arasında Cənubi Qafqazda davamlı sülhə yol açmalı olan sülh sazişinin
imzalanmasına heç nə mane olmur” o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Xarici İşlər
Nazirliyi Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin
bərqərar edilməsi haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa
çatması ilə bağlı bəyanat yaymışdı
tag: Fransa,Makron, Ermənistan, Cənubi Qafqaz, Azərbaycan, todaypress.az,