Makron Hindistanın Baş nazirinə qarşı diqqətsiz davrandı
Fransa Prezidenti Emmanuel Makron Parisdə keçirilən beynəlxalq süni intellekt sammitində kiçik qalmaqala səbəb olub.
TodayPress xəbər verir ki, bu an “Associated Press” kamerasına düşüb və “YouTube” kanalında yayımlanıb.
Belə ki, Makron tədbirdə qonaqları salamlayarkən Hindistanın Baş naziri Narendra Modini nəzərdən qaçırıb.
O, ABŞ-nin vitse-prezidenti Cey Di Vens, BMT-nin baş katibi Antonio Quterreş, Kanada Baş naziri Castin Trüdo, Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə görüşüb.
Lakin Modi əlini uzadaraq salamlaşmağa çalışdığı halda diqqətsiz qalıb.
Maraqlıdır ki, Hindistan bu tədbirin həmmüəllifi olub.
Qiymət Mahir
tag: Makron,Modi,Vens,Fransa,Hindistan,ABŞ,Todaypress.az,