Makron Le Penə çıxarılan hökmü ilk dəfə şərh etdi

Dünya

02.04.2025 17:14

2080

Fransa prezidenti Emmanuel Makron sağçı Milli Birlik Partiyasının lideri Marin Le Penə çıxarılan məhkəmə hökmünə dair ilk dəfə mövqe bildirib. 

TodayPress xəbər verir ki, bu barədə hökumət sözçüsü Sofi Primas Nazirlər Şurasının iclasından sonra “BFMTV”yə açıqlama verib.

Onun sözlərinə görə, Makron məsələyə dair üç əsas məqamı vurğulayıb:

"Birincisi, Fransada ədliyyə müstəqildir. İkincisi, Le Pen-i ittiham edən hakimlərə yönələn təhdidlər qəbuledilməzdir. Üçüncüsü isə qanun qarşısında hər kəs bərabərdir və “hər kəsin ədalətli məhkəmə hüququ var”. 

Qiymət Mahir

tag: Fransa,Makron,Marin Le Pen,Hökm,Şərh,Todaypress.az,