Makron Putinlə danışıqlara hazırdır
Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə dialoqa hazır olduğunu bildirib.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Fransa lideri bildirib ki, o, Ukrayna prezidenti Volodimir Zelenski eləcə də avropalı tərəfdaşların razılığı ilə Putinlə danışa bilər.
Makron əlavə edib ki, danışıqlar iştirakçılarının görüşləri dövlət başçıları ilə təmaslardan əvvəl baş tutmalıdır.
Xatırladaq ki, martın 5-də Makron həmvətənlərinə müraciət edib. O, Almaniya kanslerliyinə namizəd Fridrix Mertsin çağırışı ilə Avropa ölkələrinin Fransanın nüvə qarşısının alınması qüvvələrinin himayəsi altına qəbul edilməsinin mümkünlüyü barədə müttəfiqlərlə müzakirələrə başlayacağını bildirib.
Fransa prezidenti həmçinin ABŞ prezidenti Donald Trampın sülhsevər mövqeyini pisləyib.
Türkan İsgəndərli
tag: Fransa,Makron,Rusiya,Putin,Ukrayna,Zelenski,Todaypress.az,