Makron Rusiyanı sanksiya ilə hədələdi
Fransa prezidenti Emmanuel Makron bildirib ki, əgər Rusiya Ukraynada 30 günlük atəşkəs şərtlərini qəbul etməzsə, ona qarşı yeni və daha sərt sanksiyalar paketi tətbiq oluna bilər.
TodayPress xəbər verir ki, bu barədə o, "LCI" telekanalına müsahibəsində danışıb.
Makron bildirib ki, yaxın günlərdə Fransa və tərəfdaşları Rusiyanı iqtisadi cəhətdən daha ciddi şəkildə hədəfə alacaq sanksiyaları təqdim etməyə hazırlaşır.
Fransa lideri əlavə edib ki, o, Moskva və Kiyev arasında birbaşa danışıqları asanlaşdırmaq üçün vasitəçilik etməyə hazırdır.
Türkan İsgəndərli
tag: Fransa,Makron,Rusiya,Ukrayna,todaypress.az,