Makron Trampa zəng edəcək
Fransa prezidenti Emmanuel Makron “Ukraynaya kömək etmək istəyən ölkələrin koalisiyası” formatında keçiriləcək sammitdən sonra ABŞ prezidenti Donald Trampa zəng etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Fransa prezidentinin administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb.
Bildirilir ki, Makron Trampa zəng edərək, Avropanın Ukraynada hansı tədbirləri görə biləcəyini çatdıracaq, atəşkəslə bağlı Rusiyadan yoxlanıla bilən öhdəliklər götürməyi tələb edəcək.
Agentliyin məlumatına görə, Makron sammit zamanı Avropa hərbçilərinin Ukraynanın strateji bölgələrində yerləşdirilməsini, bununla da münaqişədən sonra yeni hücumların qarşısının alınmasını müzakirə edəcək.
Eyni zamanda, o bildirib ki, sülhməramlıların cəbhə xəttinə yerləşdirilməsi nəzərdə tutulmur.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Fransa,Makron,Todaypress.az,