Makron Trampdan Putinlə daha sərt davranmağı tələb edəcək

Dünya

21.02.2025 12:46

1282

Fransa prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampla görüş zamanı Rusiya prezidenti Vladimir Putin haqqında nə deyəcəyini açıqlayıb.

TodayPress xəbər verir ki, o, bu barədə “France 24”ə müsahibəsində danışıb.

“Trampa deyəcəyəm ki, prezident Putinlə zəif ola bilməzsiniz. Bu, sizin xarakteriniz deyil, sizin maraqlarınıza uyğun deyil” deyə Makron bildirib.

Eyni zamanda, Fransa lideri vurğulayıb ki, sabah Ukraynaya qoşun göndərmək niyyətində deyil.

Bununla belə, Paris müharibədən sonra Kiyevə təhlükəsizlik zəmanətləri verilməsi imkanlarını araşdırır.

Makronun Fransa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı mövqeyi qeyri-müəyyən olaraq qalır.

O, bir müddət əvvəl xarici legion yaradılması təşəbbüsünü irəli sürən əsas fiqurlardan biri idi.

Lakin fevralın 18-də Fransa prezidenti öz əvvəlki açıqlamalarını təkzib edərək, Ukraynaya qoşun göndərilməsi barədə heç vaxt elan vermədiyini bildirib.

Onun sözlərinə görə, Paris hazırda belə bir əməliyyata hazırlıq aparmır. 

Qiymət Mahir

tag: Makron,Tramp,Putin,Təzyiq,Todaypress.az,