Makron Trampın atəşkəs çağırışını dəstəklədi
Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampla Ukrayna münaqişəsinin həlli ilə bağlı telefon danışığı aparıb.
TodayPress xəbər verir ki, bu barədə Makron sosial şəbəkədə açıqlama verib.
O, Trampın 30 günlük qeyd-şərtsiz atəşkəs çağırışını dəstəklədiyini bildirib və qeyd edib ki, atəşkəs “vaxtı uzatmaq məqsədi güdən manevrlərsiz və səmimi şəkildə” həyata keçirilməlidir.
“Ukrayna artıq təxminən iki ay əvvəl bu təklifi qəbul edib. İndi Rusiya da eyni addımı atmalıdır. Əks halda, Avropa və ABŞ ilə birlikdə qətiyyətlə reaksiya verəcəyik” deyə Makron əlavə edib.
Qiymət Mahir
tag: Fransa ,Emmanuel Makron,ABŞ ,Donald Tramp,