Makron Ukrayna ilə bağlı təcili iclas çağırdı
Fransa prezidenti Emmanuel Makron Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda mümkün iştirakı müzakirə etmək üçün Avropa İttifaqı (Aİ) liderlərini fövqəladə toplantıya çağırıb.
TodayPress xəbər verir ki, bu barədə "The Washington Post" (WP) məlumat yayıb.
“Liderlər Ukraynanın gələcəyini və Avropanın təhlükəsizlik məsələsini formalaşdıra biləcək danışıqlarda rol almaq üçün fevralın 17-də Parisdə görüşəcəklər. ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı avropalıların maraqlarının arxa plana keçəcəyi ilə bağlı qorxularını artırıb” deyə nəşr yazıb.
İclasda Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, İspaniya, Niderland və Danimarka liderləri, Aİ-nin yüksək səviyyəli rəsmiləri, o cümlədən NATO-nun baş katibi Mark Rutte iştirak edəcək. Onların Ukraynaya dəstək planları, həmçinin təhlükəsizlik zəmanətləri və Avropa qoşunlarının mümkün yerləşdirilməsi barədə konsensusa nail olmağa çalışdıqları bildirilir.
Bundan əlavə, onlar danışıq rıçaqlarının gücləndirilməsi məsələsini də qaldıracaqlar.
Töhfə Səməd
tag: Fransa ,Emmanuel Makron,Ukrayna,Aİ,todaypress.az,