Makron Ukrayna üçün alternativ plan axtarışında

Dünya

21.03.2025 14:20

2115

Fransa prezidenti Emmanuel Makron Avropa ölkələrindən ibarət sülhməramlı kontingentin Ukraynaya göndərilməsinə alternativ variantı nəzərdən keçirir. 

TodayPress xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” qəzeti yazıb.

“Makron Avropa qoşunlarının Ukraynaya yeridilməsinin alternativlərini fəal şəkildə araşdırır” deyə nəşr bildirib.

Qeyd edilir ki, söhbət Moskva və Kiyev arasında potensial sülh sazişinə əməl olunmasına nəzarət etmək üçün BMT missiyasının mümkün göndərilməsindən gedir.

Aysel Mətləb

tag: Fransa,Ukrayna,todaypress.az,Sülhməramlı,BMT,