Makron: “Ukraynada dayanıqlı sülh üçün işimizi davam etdirəcəyik”

Dünya

18.02.2025 14:22

1722

Fransa prezidenti Emmanuel Makron Parisdə Avropa liderləri ilə görüşdən sonra Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Donald Trampla danışıqlar apardığını açıqlayıb. 

TodayPress xəbər verir ki, o,  “X” sosial şəbəkəsində yaydığı bəyanatda müzakirələrin yaxın günlərdə davam edəcəyini bildirib.

Makron vurğulayıb ki, Ukraynada uzunmüddətli və sabit sülh yalnız Rusiyanın hərbi əməliyyatları dayandırması və Ukraynaya etibarlı təhlükəsizlik təminatlarının verilməsi ilə mümkündür.

“Əks halda, bu atəşkəs Minsk razılaşmalarının taleyini yaşayacaq” deyə o bildirib.  Fransa lideri əlavə edib ki, ABŞ, Avropa ölkələri və Kiyev ilə birlikdə münaqişənin həlli istiqamətində işləməyə davam edəcək. Makron həmçinin Avropanın təhlükəsizlik və müdafiə qabiliyyətini gücləndirməli olduğunu qeyd edib.

“Ukraynaya dəstək və Avropanın müdafiəsinə investisiyalar üzrə işlər Avropa Komissiyasının təklifləri əsasında davam etdiriləcək” deyə o vurğulayıb. Makron, 2022-ci ildə Versal sammitində müəyyən edilmiş gündəliyin tam şəkildə icra olunmasının vacibliyini bildirib. 

Qiymət Mahir

tag: Makron,Fransa,Ukrayna,Zelenski,ABŞ,Tramp,Todaypress.az,