Makron və Starmer Trampı Rusiya ilə danışıqlardan çəkindirməyə çalışacaq
Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampı Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya ilə danışıqlardan imtina etməyə razı salmağa çalışacaqlar. Bunun əvəzində Avropa dövlətləri Ukraynanın gələcək təhlükəsizliyini təmin etmək öhdəliyini üzərinə götürəcək.
TodayPress xəbər verir ki, bu barədə “The Times” qəzeti diplomatik mənbələrə istinadən xəbər yayıb.
Bildirilib ki, Makron və Starmer mövqelərini koordinasiya etmək və Trampın münaqişəni bitirmək planlarına təsir göstərmək barədə razılığa gəliblər.
Qiymət Mahir
tag: Makron,Fransa,Britaniya,Starmer,todaypress.az,