Makron və Starmer Zelenski ilə Vaşinqtona səfər edə bilərlər
Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın baş naziri Kir Starmerlə birlikdə Vaşinqtona səfər etmək imkanını nəzərdən keçirir.
TodayPress xəbər verir ki, bu barədə Fransa hökumətinin sözçüsü Sofi Prima bildirib.
“Variant nəzərdən keçirilir, lazım gələrsə, prezident Makron Zelenski və Böyük Britaniyanın baş naziri ilə birlikdə Vaşinqtona səfər edə bilər” deyə o bildirib.
Qiymət Mahir
tag: Makron,Zelenski,Starmer,Vaşinqton,Todaypress.az,