Makrona “Parisin ortasında sülh dərsi”
"ABŞ rəsmiləri Parisdə keçirilən Ukrayna ilə bağlı danışıqlarda Fransa prezidenti Emmanuel Makronu alçaldıblar".
TodayPress xəbər verir ki, bunu fransız siyasətçi, Vətənpərvərlər partiyasının lideri Florian Filippot deyib.
Onun sözlərinə görə, ABŞ nümayəndələri Makrona “Parisin ortasında sülh dərsi” veriblər.
Xatırladaq aprelin 17-də baş tutan danışıqlarda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Ukrayna rəsmiləri iştirak ediblər.
ABŞ tərəfini dövlət katibi Marko Rubio və prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib.
Türkan İsgəndərli
tag: ABŞ,Fransa,Makron,Sülh Dərsi,Todaypress.az,