Makrona sərt tənqid: "İstefa verməlidir"
"Fransa prezidenti Emmanuel Makron, Vatikanda ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında keçirilən qısa görüş zamanı davranışına görə istefa verməlidir".
TodayPress xəbər verir ki, bunu "Qalx, Fransa" partiyasının rəhbəri Nikola Düpon-Aignan deyib.
O, Makronun Zelenskiyə yaxınlaşıb onun əlini sıxması və Trampla salamlaşmamasını tənqid edib.
Düpon-Aignan, Makronun davranışının uyğun olmadığını vurğulayaraq, prezidentin ləyaqətlə vəzifəsindən istefa verməli olduğunu qeyd edib və növbədənkənar prezident seçkilərinin keçirilməli olduğunu əlavə edib.
Türkan İsgəndərli
tag: Fransa,ABŞ,Ukrayna,Makron,todaypress.az,