Makrondan Trampın tarif qərarına SƏRT REAKSİYA
Fransa prezidenti Emmanuel Makron Avropa şirkətlərinə ABŞ-yə planlaşdırdıqları investisiyaları müvəqqəti olaraq dayandırmağı tövsiyə edib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Makron bu çağırışı aprelin 3-də Fransanın sənaye təmsilçiləri ilə görüşdə səsləndirib.
O, bildirib ki, qarşıdakı investisiyalar və son həftələrdə elan olunan layihələr ABŞ ilə vəziyyət aydınlaşana qədər dayandırılmalıdır. Bu açıqlama ABŞ prezidenti Donald Trampın qlobal miqyasda tətbiq etməyə hazırlaşdığı sərt idxal tarifləri fonunda verilib.
Makron bildirib ki, Trampın tarif qərarlarına qarşılıq istisna edilmir. O, Avropa İttifaqının ticarəti müdafiə alətləri – məcburiyyətə qarşı mübarizə mexanizmi, eləcə də ABŞ-nin rəqəmsal xidmətləri və maliyyə sistemini hədəf alan cavab tədbirlərindən istifadəni təklif edib.
Fransa prezidenti Trampın tariflərini “kobud və əsassız” adlandırıb və bunun beynəlxalq ticarət üçün “şok” olduğunu bildirib. O, Avropanın cavabının “sənaye-sənaye” prinsipi ilə qurulacağını vurğulayıb.
Qiymət Mahir
tag: Makron,Tramp,ABŞ,Fransa,Todaypress.az,