Makronun həyat yoldaşı məhkəməyə veriləcək
Fransa prezidenti Emmanuel Makron həyat yoldaşı Bricit Makronu kişi adlandıran fransız jurnalist Nataşa Rey birinci xanımı məhkəməyə vermək qərarına gəlib.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
Jurnalistin vəkili Fransua Danqlin bildirib ki, Emmanuel Makronun həyat yoldaşının transseksual olmasından şübhələnən müvəkkilinin Parisdəki istintaq komitəsinə Reyin həbsini təmin edən şəxslərə qarşı şikayət vermək niyyətindədir.
"Şikayət birbaşa Bricit Makrona, onun qardaşı Jin Mişel Tronierə, onların vəkilinə və məhkəmə prosesini saxtalaşdıran üç hakimə qarşı yönəldiləcək" deyə vəkil əlavə edib.
Qeyd edək ki, 2024-cü ilin sentyabrında Paris məhkəməsi Nataşa Reyi 13,5 min avro cərimələyib. İstintaqın məlumatına görə, Rey Bricit Makron haqqında böhtan xarakterli materiallar hazırlayıb və onları yayıb. Bu məbləğin 8 min avrosu Fransa prezidentinin həyat yoldaşının özünə, 5 mini isə onun qardaşı Jan Mişele mənəvi ziyan kimi ödənilib.
Nicat Osman
tag: Emmanuel Makron,Fransa,Jurnalist,Məhkəmə,Todaypress.az,