Maldivdə büdcə profisiti qeydə alındı
Maldiv adalarında bu il dövlət gəlirləri xərcləri üstələyib.
TodayPress xəbər verir ki, bu barədə ölkənin dövlət mediası olan “PSM News” Maliyyə və Planlaşdırma Nazirliyinə istinadla məlumat yayıb.
Martın 13-dək dövlətin ümumi gəlirləri 505,8 milyon ABŞ dolları təşkil edib.
Bu dövrdə xərclər isə 421,5 milyon dollar olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artım deməkdir. 2023-cü ilin eyni dövründə gəlirlər 479,9 milyon dollar, xərclər isə 505,8 milyon dollar idi – yəni bu il xərclər 16 faiz azalıb.
Maliyyə Nazirliyi bu balanslı göstəriciləri hökumətin iqtisadi islahatlar və qənaət siyasəti ilə izah edib. Məqsəd ölkənin maliyyə mövqeyini möhkəmləndirmək və davamlı iqtisadi idarəetməyə keçid etməkdir.
Qeyd edək ki, ötən il Maldivlərin kredit reytinqləri aşağı düşdükdən sonra hökumət gəlirləri artırmaq üçün bir sıra tədbirlər həyata keçirməyə başlamışdı. 2024-cü ilin sonunda hökumətin istifadəyə yararlı valyuta ehtiyatları 63,2 milyon dollar səviyyəsində olub.
Qiymət Mahir
tag: Maldiv,Ada,Büdcə, Profisit,Todayress.az,