MAQATE rəhbəri BMT-nin baş katibliyinə namizəd ola bilər

Dünya

15.03.2025 19:30

1201

Beynəlxalq Atom Enerjisi Agentliyinin ( MAQATE ) baş direktoru Rafael Qrossi BMT baş katibliyinə namizədliyini verə bilər.   

TodayPress xəbər verir ki, bu barədə o, Argentinanın Infobae nəşrinə müsahibəsində bildirib. 

Qrossi vurğulayıb ki, təşkilatın baş katibi vəzifəsinə təyinatla bağlı hələlik rəsmi təklif almayıb və namizədlərin irəli sürülməsi prosesinə hələ də start verilməyib. Ancaq o, belə bir perspektivi nəzərdən keçirdiyini bildirib.     

Qeyd edək ki, BMT-nin hazırkı Baş katibi Antonio Quterreşdir. 

Türkan İsgəndərli

tag: MAQATE,BMT,Baş Katib,Vəzifə,Namizəd,Todaypress.az,