MAQATE rəhbəri Tehrana səfər edəcək
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bu həftə Tehrana səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə Qrossi “X” sosial şəbəkəsində məlumat yayıb.
Səfər ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı dolayısı danışıqların yenidən başlanması fonunda baş tutacaq.
“Səfərimi bu həftənin sonuna planlaşdırmışam. Hazırda diplomatik həll yolları xüsusilə vacibdir. MAQATE ilə əməkdaşlığın davamı bu proses üçün həyati əhəmiyyət daşıyır” deyə Qrossi bildirib.
O, bu açıqlamanı İranın MAQATE-dəki yeni daimi nümayəndəsi Rza Nəcəfinin etimadnaməsinin təqdim olunması münasibətilə edib.
Qiymət Mahir
tag: MAQATE,Baş Katib,İran,Səfər,Todaypress.az,