MAQATE rəhbəri Ukraynaya gəldi

Dünya

04.02.2025 17:40

2005

Fevralın 4-də  Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi Ukraynaya səfər edib.

TodayPress xəbər verir ki, bu barədə MAQATE mətbuat mərkəzi məlumat yayıb. 

“Bu dəfəki səfərimin əsas məqsədi bütövlükdə yarımstansiyalardakı vəziyyəti şəxsən görmək və qiymətləndirməkdir. Xüsusilə, bu baxımdan biz Kiyev yarımstansiyasını Ukraynanın enerji sisteminin işləməsi üçün əhəmiyyətinə görə seçdik” deyə Qrossi bildirib.

Agentlik rəhbərinin sözlərinə görə, yarımstansiyaya xeyli ziyan dəyib, lakin mütəxəssislər yaxın vaxtlarda ehtiyat transformatorları işə salacaqlar.

Qeyd edək ki, yanvarın 29-da MAQATE rəhbərinin fevralın əvvəlində Rusiyaya səfər etmək istədiyi bildirilib. 

Nicat Osman

tag: MAQATE,Rafael Qrossi,Ukrayna,Kiyev,Todaypress.az,