Marek Vox: "Polşa nüvə silahına sahib olmalıdır"

Dünya

03.05.2025 19:10

10

Polşada prezidentliyə namizəd Marek Vox ölkəsinin öz nüvə silahına malik olmasının vacibliyini bildirib.

TodayPress xəbər verir ki, o, bu fikri “Rzeczpospolita”ya verdiyi müsahibədə səsləndirib.

Lakin siyasətçi bunun yerli istehsal, yoxsa NATO-nun “Nuclear Sharing” proqramı çərçivəsində baş verəcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, Polşada prezident seçkiləri 2025-ci il mayın 18-nə təyin olunub. Marek Vox “Qeyri-partiyalı yerli idarəetmə fəalları” hərəkatının namizədidir.

Qiymət Mahir

tag: Polşa,Marek Vox,Nüvə,Prezident,todaypress.az,