Mark Karni Kanadanın Baş naziri kimi vəzifəsinin icrasına başladı
Bu gün yerli vaxtla səhər saatlarında Mark Karni Kanadanın yeni Baş naziri kimi and içib və vəzifəsinin rəsmən icrasına başlayıb.
TodayPress-in məlumatına görə, Kanadada heç vaxt dövlət vəzifəsində olmamış yeni Baş nazir bu ilin sonunda keçiriləcək seçkilərdə Liberal Partiyasına rəhbərlik edəcək.
Qeyd edək ki,
sorğular Liberal Partiyasının qarşıdan gələn seçkilərdə böyük ehtimalla məğlubiyyətlə
üzləşəcəyini göstərdiyi üçün əvvəlki Baş nazir Castin Trüdo 10 illik vəzifədən
sonra yanvar ayında istefa verəcəyini elan etmişdi. Lakin Kanadanın Trampa və
onun siyasətlərinə qarşı artan antipatiyası fonunda partiyanın nüfuzu
yaxşılaşıb.
tag: Kanada, Baş Nazir, Partiya, Castin Trüdo, Tramp, todaypress.az,