Marko Rubio: Bazarlar ABŞ-nın rüsumlarına uyğunlaşır
Qlobal bazarlar ABŞ
administrasiyası tərəfindən daha əvvəl tətbiq edilən rüsumlara uyğunlaşır.
TodayPress xəbər verir ki, bunu ABŞ
Dövlət katibi Marko Rubio "C-Span" televiziyasının yayımladığı mətbuat konfransında bildirib.
"İqtisadiyyat çökmür. Bazarlar ticarət baxımından qlobal nizamda dramatik dəyişikliyə reaksiya verir. Bazarlar uyğunlaşacaq. Dünyadakı bizneslər, o cümlədən ticarət və qlobal ticarətdə onlar sadəcə qaydaların nə olduğunu bilməlidirlər. Qaydaların nə olduğunu bildikdən sonra bu qaydalara uyğunlaşacaqlar" Rubio bildirib.
Aprelin 2-də ABŞ prezidenti
Donald Tramp 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumları tətbiq
ediləcəyini açıqlayıb. 10%-lik universal tariflər aprelin 5-dən qüvvəyə
minəcək. Ayrı-ayrı tariflər isə aprelin 9-dan qüvvəyə minəcək. ABŞ
administrasiyası həmçinin idxal edilən bütün avtomobillərə 25% gömrük rüsumları
qoyub.
Aynur TAC
tag: ABŞ, Rüsum, Amerika, Tramp,Ölkə,Dövlət katibi, Marko Rubio, todaypress.az,