Marko Rubio: “Zelenski üzr istəməlidir”
ABŞ dövlət katibi Marko Rubio Ukrayna prezidenti Volodimir Zelenskinin Amerika lideri Donald Tramp və vitse-prezident Ceyms Devid Venslə görüşə görə üzr istəməli olduğunu bildirib.
TodayPress xəbər verir ki, Rubio, bu barədə jurnalistlərə açıqlamasında deyib.
O, Zelenskinin görüşdə sərgilədiyi münasibəti tənqid edib.
Dövlət katibi sülhə gedən yolun diplomatiyadan keçdiyini vurğulayıb və görüşün uğursuzluğuna görə Ukrayna liderinin məsuliyyət daşıdığını iddia edib.
Nicat Osman
tag: Marko Rubio,ABŞ,Dövlət Katibi,Ukrayna,Todaypress.az,