Marşan: "Abxaziyada prezident seçkilərinin ikinci turu keçiriləcək"

Dünya

16.02.2025 10:00

2642

Abxaziyada prezident seçkilərinin ikinci turu baş tutacaq. Mərkəzi Seçki Komissiyasının rəhbəri Dmitri Marşanın verdiyi məlumata görə, dövlət başçısı postuna namizəd olan beş nəfərdən ikisi ikinci turda iştirak edəcək.

TodayPress xəbər verir ki, məlumatı xarici KİV yayıb.

“İkinci tur mütləq olacaq və burada Badra Zuraboviç Qunba və Adqur Amiranoviç Ardzınba yarışacaq” Marşan jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Abxaziyada növbədənkənar prezident seçkiləri üçün səsvermə 15 fevralda başa çatıb. Seçkilərin nəticələrinin 16 fevral günü, günorta saatlarında elan olunması planlaşdırılır.

Qiymət Mahir

tag: Dünya,Seçki,Abxaziya,Dmitri Marşan,todaypress.az,