Mask Baydeni ittiham etdi
"Beynəlxalq Kosmik Stansiyada (BKS) qalan NASA astronavtları Beri Yevgen Uilmor və Sunita Uilyams Yerə qayıda bilərdilər, lakin ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası buna qarşı çıxıb".
TodayPress xəbər verir ki, bu barədə "SpaceX"in yaradıcısı İlon Mask "X"da yazıb.
Mask əlavə edib ki, Amerika prezidenti Donald Tramp onların mümkün qədər tez qaytarılmasını tələb edib.
Xatırladaq ki, astronavtlar 5 iyun 2024-cü ildə "Boeing" tərəfindən kosmosa göndəriliblər.
Onların iyunun 18-dək orbitdə qalması planlaşdırılsa da, gəminin bir neçə manevr mühərrikinin sıradan çıxması ilə əlaqədar geri qayıtma tarixi qeyri-müəyyən müddətə dəyişdirilib.
Türkan İsgəndərli
tag: Mask,Bayden,İttiham,SpaceX, ABŞ , Uçuş, todaypress.az,